Bu gün qəhrəman “Aprel” şəhidimiz Ziya Həsənovun doğum günüdür! Qürurla yad edirik!

Bu gün qəhrəman “Aprel” şəhidimiz Ziya Həsənovun doğum günüdür! Qürurla yad edirik!

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ziya Niyazi oğlu Həsənov 1989-cu ilin 11 oktyabrında Ağdam şəhərində anadan olub. İlk öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2012-ci ildə TTM-də təlimlərdə fərqlənib və cəbhə xəttində tağım komandiri kimi fəaliyyət göstərməyə başlayıb. O, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən “Aprel döyüşləri” zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ziya Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra“Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ruhu şad olsun!

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir