Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.
2026-cı ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 13,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil yanacağının, 5,1%-i elektrik malları və mebellərin, 2,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Könül

