Azərbaycan tibbində uğursuz İLK – Ürək donorluğu NİYƏ alınmadı?

Azərbaycan tibbində uğursuz İLK – Ürək donorluğu NİYƏ alınmadı?

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən gənc adam vəfat edib. Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub.

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülmüşdü.

Bəs dünya tibb transplantasiyası təcrübəsi nə deyir? Azərbaycandakı kimi digər ölkələrdə də bənzər faktlar qeydə alınırmı? Tovuzlu sakin niyə çox yaşamayıb?

Zülfüqar Yusifov: “Artıq 35-40 dərəcə istiliyin virusa öldürücü təsir  göstərmədiyini bilirik”

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, transplantologiyada əməliyyatdan sonrakı ilk bir-iki il olduqca əhəmiyyətli dövrdür: “Bu müddətdə köçürülmüş orqanın qəbul edən orqanizmlə uyğunlaşması və immun sisteminin reaksiyası xüsusi əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, donorun orqanizmindən götürülərək başqa insana köçürülən orqanın yeni orqanizmdə qəbul olunması transplantasiyanın əsas məsələlərindən biridir: “Bu prosesdə immun sisteminin reaksiyası mühüm rol oynayır. Orqanizmin köçürülmüş orqana münasibətini nəzarətdə saxlamaq üçün pasiyentlərə immun sisteminin fəaliyyətini zəiflədən dərmanlar təyin olunur. Lakin bu preparatlar orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini də azalda və əlavə patologiyaların yaranmasına səbəb ola bilər”.

Baş həkim qeyd edib ki, transplantasiyadan sonrakı dövr olduqca həssasdır: “Bəzi hallarda ölümə səbəb birbaşa əməliyyatın özü deyil, sonradan yaranan yanaşı patologiyalar olur. Bununla belə, konkret pasiyentin ölüm səbəbini yalnız müvafiq tibbi araşdırmalar əsasında müəyyənləşdirmək mümkündür”.

Zülfüqar Yusifov xatırladıb ki, Azərbaycanda meyitdən ilk ürək köçürülməsi əməliyyatı təxminən bir il əvvəl həyata keçirilib. Onun fikrincə, pasiyentin əməliyyatdan sonra bir il yaşaması müdaxilənin uğurlu nəticə verdiyini göstərən mühüm məqamdır. Ancaq sonrakı mərhələdə köçürülmüş orqanın orqanizm tərəfindən qəbul edilməsi, dərmanların təsiri və yanaşı problemlərin yaranması kimi amillər də nəzərə alınmalıdır.

Həkim vurğulayıb ki, transplantasiyanın nəticəsinə əməliyyatın keyfiyyəti, icra mexanizmi, donor orqanının uyğunluğu və digər tibbi amillər təsir göstərir. Bütün bu meyarlar nəzərə alınsa belə, sonradan yarana biləcək ağırlaşmaların qarşısını hər zaman tam almaq mümkün olmur.

Zülfüqar Yusifov hesab edir ki, transplantologiya çoxsaylı amillərdən asılı olan mürəkkəb sahədir: “Buna görə də konkret ölüm hadisəsinin səbəbi barədə qəti fikir söyləmək üçün araşdırmanın nəticələri gözlənilməlidir. Onun ehtimalına görə, sözügedən pasiyentin ölümü də əməliyyatdan sonrakı mərhələdə yaranmış ikincili ağırlaşmalarla əlaqəli ola bilər”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir