ARANTV.AZ xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirilən müsabiqənin şərtini ödəyən abituriyentlər avqustun 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Boş qalan plan yerlərinə ixtisas seçimi isə avqustun 20-dək internet vasitəsilə aparılacaq.
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb
