Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

2020-ci ildən bəri qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı mina hadisələrində həlak olub və ya yaralanıb, son üç onillik ərzində isə qurbanların ümumi sayı 3500-ü ötüb.

ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Tofiq Musayev bildirib.

“Bu rəqəmlər minatəmizləmə və qurbanlarayardım üçün davamlı beynəlxalq dəstəyə, eləcə də minaya qarşı fəaliyyət üzrə milli potensialın gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır”, – o qeyd edib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir