Kəlbəcərdə bal süzümünə başlanıb – FOTO, VİDEO

Kəlbəcərdə bal süzümünə başlanıb – FOTO, VİDEO

Kəlbəcərdə bal süzümü mövsümünə start verilib.

Arıçılıq təsərrüfatının sahibi Mobil Mustafayev bu barədə Musavat.com-a bildirib ki, yaz aylarının yağıntılı keçməsinin bir tərəfdən zərəri olsa da digər tərəfdən faydası dəyib. Belə ki, bu il Kəlbəcər dağları və çəmənləri daha çox çiçəklə zəngindir. Bu da arıların məhsuldarlığına müsbət təsirini göstərib. Həm bol məhsuldarlıq olub, həm də yüksək keyfiyyətli dağ-çəmən balı əldə edilib.

Arıçı qeyd edib ki, Kəlbəcər balının paytaxt Bakıda və digər şəhər və rayonlarımıza tədarükünə yaxın vaxtlarda başlanacaq:
“Balı süzüldüsə o deməkdir ki, satışa da hazırdır. Artıq sifarişlər qəbul edilməkdədir. Alıcıların daha rahat əlçatanlığını təmin edilməsi üçün məhsulu paytaxt Bakı və digər bölgələrimizə tədarük edəcəyik”.

Qeyd edək ki, Kəlbəcər Azərbaycanın arıçılıq üçün ən əlverişli bölgələrindən biridir. Rayonun zəngin bitki örtüyü, dağ çəmənlikləri və müxtəlif dərman bitkiləri burada istehsal olunan balın yüksək keyfiyyəti və özünəməxsus dadı ilə seçilməsinə şərait yaradır. Yay mövsümündə Kəlbəcərin yaylaqlarına ölkənin müxtəlif bölgələrindən yüzlərlə arıçı köç edir. Rayonun zəngin təbii nektar ehtiyatı və ekoloji cəhətdən təmiz mühiti Kəlbəcər balını ölkənin ən qiymətli arıçılıq məhsullarından birinə çevirib.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir