Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
ARANTV.AZ xəbər verir ki, o, bununla bağlı sosial media paylaşımında bildirib:
“Dost və qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəm və millətim adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram”.
Şahanə Rəhimli
Musavat.com

