Hadisə 

Avtoservisdən qaçırılan maşın radara düşdü

Bakıda avtomobilini təmir üçün avtoservisə qoyan sürücünün başına iş gəlib.

ARANTV.AZ-ın məlumatına görə, Mustafa Əzizili iyulun 13-də təmir məqsədi ilə “Jeep Grand Cherokee” maşınını Nizami rayonu, Babək prospekti 22/22-də yerləşən avtoservisə qoyub. Bir müddət sonra isə maşınını servisdən götürdükdən sonra onun adına avtomobilinin radara düşməsi ilə bağlı protokol gəlib. Məlum olub ki, maşın avtoservsidə olduğu müddətdə, yəni iyul ayının 19-da usta işləyən şəxs  avtomobili Bakı-Ələt yolunda sürən zaman radara düşüb.

Zərərçəkən bunula bağlı polisə şikayət edib. Hazırda Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən təhqiqat araşdırmalarına başlanılıb.ölkə.az

Daha çox xəbərlər