Nərimanov rayonunda səfirlik maşını qəzaya düşdü
Nərimanov rayonu, Təbriz küçəsində qəza baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinə məxsus “Nissan” markalı avtomobillə Rəşad Mərdanovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. İlkin araşdırmalar zamanı məlum olub ki, qəza “Mitsubishi” markalı avtomobilin sürücüsünün günahı səbəbindən yaranıb.
Faktla bağlı Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb.ölkə.az

