67 şəhər və rayon dotasiyasız qalır – hansı təsirləri olacaq?

67 şəhər və rayon dotasiyasız qalır – hansı təsirləri olacaq?

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin qarşılanması üçün dotasiya ayrılması nəzərdə tutulmur.

Bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin şəhər və rayonların hamısının yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəyi proqnozlaşdırılır.
Dotasiyanın ayrılmaması şəhərlərin və rayonların durumuna hansı müsbət təsirləri göstərə bilər?
Aydın Hüseynov: Azərbaycanın əldə etdiyi iqtisadi nəticələr dayanıqlı  inkişaf strategiyasının real göstəricisidir - AZƏRTAC

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, 67 şəhər və rayonun yerli xərclərini öz gəlirləri hesabına ödəməsi maliyyə müstəqilliyinin güclənməsi baxımından müsbət göstəricidir:

“2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, 67 şəhər və rayon üçün yerli xərclərin maliyyələşdirilməsinə ayrıca dotasiya nəzərdə tutulmayıb. Bununla belə, gəlirlərin xərcləri ödəmədiyi halda, müvafiq şərtlərlə xərclərin 10 faizindən çox olmayan həcmdə dövlət büdcəsindən vəsait ayrıla bilər. Bu, büdcə layihəsində nəzərdə tutulan mexanizmdir. 2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin dövlət büdcəsindən ayrılan dotasiyalar hesabına deyil, öz gəlirləri hesabına qarşılanmasının nəzərdə tutulması ölkənin büdcə siyasətində diqqətçəkən məqamlardan biridir. Bu, regionların maliyyə imkanlarının genişlənməsi, yerli iqtisadi fəallığın artması və dövlət büdcəsindən asılılığın azalması üçün atılan addımlardandır. İlk növbədə, yerli xərclərin öz gəlirləri hesabına ödənilməsi rayon və şəhərlərin iqtisadi fəallığının artırılması üçün stimul yarada bilər. Yerli gəlirlərin artması sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması, məşğulluğun genişlənməsi və vergi bazasının böyüməsi ilə müşayiət olunarsa, bu, regionların maliyyə dayanıqlığını gücləndirə bilər”.

Deputat qeyd edib ki, ikinci mühüm məqam yerli idarəetmədə maliyyə məsuliyyətinin artmasıdır: “Gəlirlərini xərcləri ilə uzlaşdırmalı olan yerli qurumlar mövcud resurslardan daha səmərəli istifadə etməyə, büdcə planlaşdırmasını yaxşılaşdırmağa və xərclərin prioritetlərini müəyyənləşdirməyə daha çox diqqət yetirməli olacaqlar.

Üçüncüsü, dövlət büdcəsinin üzərinə düşən maliyyə yükünün azalması mərkəzləşdirilmiş vəsaitlərin digər prioritet istiqamətlərə yönəldilməsi üçün imkan yarada bilər. Məsələn, iqtisadi cəhətdən daha zəif ərazilərin inkişafı, infrastruktur layihələri və sosial proqramlar əlavə maliyyə dəstəyi qazana bilər”.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir