Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto

Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto

Amerikalı hərbi analitik Con Spenser Liam Kollinzlə birgə hazırladığı “The War for Karabakh: Strategy, Technology, and Victory” (“Qarabağ uğrunda müharibə: strategiya, texnologiya və qələbə”) kitabının nəşr olunacağını açıqlayıb.

ARANTV.AZ  xəbər verir ki, kitabın əsas mövzusu Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin hərbi-strateji baxımdan təhlilidir.

Spenser bildirib ki, əsər sadəcə müharibə zamanı baş verən hadisələri təsvir etmir. Müəlliflər Qarabağ müharibəsindən müasir hərb elmi üçün çıxarıla biləcək əsas dərsləri müəyyənləşdirməyə çalışıblar.

Amerikalı analitikin sözlərinə görə, kitab üzərində iş onun akademik fəaliyyətində ən çox zəhmət tələb edən layihələrdən biri olub. Məlumat toplamaq məqsədilə müəlliflər döyüşlərin getdiyi əsas ərazilərə səfər edib, müharibə iştirakçıları və hadisələrin şahidləri ilə çoxsaylı müsahibələr aparıblar. Eyni zamanda, 44 günlük hərbi kampaniyanın ayrı-ayrı mərhələləri ətraflı şəkildə araşdırılıb.

Kitabda Azərbaycan hərbi komandanlığının qəbul etdiyi strateji qərarlar, müasir hərbi texnologiyaların Qələbənin əldə olunmasındakı rolu və müharibənin nəticəsini müəyyənləşdirən amillər geniş şəkildə təhlil edilir.

“The War for Karabakh: Strategy, Technology, and Victory” kitabının bu ilin payızında “Cambria Press” nəşriyyatında işıq üzü görəcəyi bildirilir.

ff1d0d53-845e-4c03-98f3-867a3534ae03.jpg (117 KB)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir