Azərbaycanda aliment artırılacaq

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur.

ARANTV.AZ  xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, uşaqlar üçün yaşayış minimumunun 274 manat müəyyən edilməsi təklif olunur.

Qeyd edək ki, alimentin sabit pul məbləği ilə müəyyən edilməsi zamanı uşaqlar üçün yaşayış minimumu nəzərə alınır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir