Dünya 

Bütün qiyamçılar zərərsizləşdirildi – Əfqanıstanda

Kabulda Prezident iqamətgahına raket zərbəsi endirən bütün qiyamçılar zərərsizləşdirilib.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danişin dediyinə görə, ilkin ehtimala əsasən hücumu 3 döyüşçü həyata keçirib. Onlar raketləri yük maşınından buraxıblar.

Atışma zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının yaralandığı bildirilir.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, bu gün Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib.

Hücum yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:30) qeydə alınıb. Raketlər Prezident iqamətgahı və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.

Daha çox xəbərlər