YAP-da iki nəfərə VƏZİFƏ VERİLDİ

YAP-da iki nəfərə VƏZİFƏ VERİLDİ

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib.

Arantv.az  xəbər verir ki, iclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər.

Sevinc Hüseynova YAP Təftiş Komissiyasının sədri, Nizami Səfərov sədr müavini seçilib.

Qeyd edək ki, bundan öncə, YAP-ın Vll Qurultayından sonra da formalaşdırılmış Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, sədr müavini Nizami Səfərov olub.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir