Bulvarda konsert olacaq

Bulvarda konsert olacaq

Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda noyabrın 8-də bayram konserti keçiriləcək.

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert “Saat qülləsi”nin yanında olacaq.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.

Gecəyə atəşfəşanlıqla yekun vurulacaq. (Report)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir