Kəmaləddin Heydərovdan YENİ TƏYİNATLAR – FOTO

Kəmaləddin Heydərovdan YENİ TƏYİNATLAR – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) iki regional mərkəzində kadr dəyişikliyi olub.

ARANTV.AZ  xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmrləri ilə polkovnik Vaqif Fətullayev Sumqayıt Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilib. O, nazirin digər əmri ilə Aran Regional Mərkəzinin rəisi təyin olunub.

VAQİF.jpeg (201 KB)

Vaqif Fətullayev 

Sumqayıt Regional Mərkəzinin yeni rəisi də məlum olub. Belə ki, daha əvvəl regional mərkəzlərdən birinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev bu vəzifəyə təyin edilib.

Vüqar Ağayev artıq FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi kimi fəaliyyətə başlayıb.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir