Astanada azərbaycanlı zəncirvari yol qəzasına səbəb oldu
Astanada 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
ARANTV.AZ oxu.az-a istinadən verdiyi xəbərə görə, polisdə bildiriblər ki, qəzanın səbəbkarı Azərbaycan vətəndaşı Əliyev E.R olub.
“BMW markalı avtomobili idarə edən Əliyevə qarşı inzibatı qaydada iş qaldırılıb”, – polsidən bildiriblər. İş baxılmaq üçün artıq rayonlararası inzibati məhkəməyə göndərilib.
Bundan savayı Azərbaycan vətəndaşı icbari sığortadan yayındığına görə də qanun qarşısında cavab verməli olacaq.

