Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanıldı
Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.
ARANTV.AZ bildirir ki, Report-un əldə etdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-i il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.
Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan rədbiri seçilib.
O, başçılıq etdiyi dəstə ilə birgə 50-ə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.

