Tərtərdə ər-arvadı öldürən şəxs izi itirmək üçün evi yandırıb -Video

Tərtərdə ər-arvadı öldürən şəxs izi itirmək üçün evi yandırıb -Video

 

Tərtər rayonunda ər və arvadı qətlə yetirib, evlərini qarət etdikdən sonra yandırmaqda təqsirləndirilən rayon sakini Vüqar Baxşəliyevin cinayəti törətməsinin təfərrüatı məlum olub.

 

Məlumata görə, əvvəllər oğurluğa görə məhkum olunmuş Vüqar Baxşəliyev cəzasını çəkib qayıtdıqdan sonra atasının il mərasimini keçirmək üçün pul axtarıb. O, Əsgər Səmədovun evində pul olduğunu öyrənərək avqustun 6-da səhər saatlarında bıçaqla həmin ünvana gedib.

Ev sahibi Əsgər Səmədov pulun yerini demədiyi üçün Baxşəliyev onu boğaz nahiyəsindən bıçaqlayaraq öldürüb. Səsə otaqdan çıxan Adilə Hüseynovanı da qətlə yetirdikdən sonra evdə axtarış apararaq pulu götürüb.

 

Daha sonra Vüqar Baxşəliyev meyitlərə və evə benzinlə od vurub yandırmaqla cinayətin izlərini itirməyə çalışıb. Lakin, Tərtər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin təsadüfən baş vermədiyi, naməlum şəxs tərəfindən qəsdən və tamah məqsədilə törədildiyi müəyyən edilib. Tərtər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının səyi nəticəsində cinayətin isti izlərlə Vüqar Baxşəliyev tərəfindən törədildiyi müəyyən edilərək o, saxlanılıb və istintaqa təhvil verilib.

 

Araşdırma zamanı oğurlanan pulun saxlanılması üçün dayısına verildiyi məlum olub. Baxşəliyev dayısına həmin vəsaitin cəzaçəkmə müəssisəsindəki dostlarının göndərdiyi pul olduğunu deyərək atasının il mərasimini keçirəcəyini bildirib.

Sonradan həmin vəsait istintaq tərəfindən götürülüb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir