8 Noyabr – Tarixə düşən Zəfər möhürü! – VİDEO

8 Noyabr – Tarixə düşən Zəfər möhürü! – VİDEO

8 Noyabr sadəcə təqvimdə bir gün deyil, xalqımızın sarsılmaz iradəsinin, birliyinin və mübarizliyinin təntənəsidir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində yalnız irəli gedən rəşadətli Azərbaycan əsgəri illərlə qəlbində daşıdığı üçrəngli bayrağımızı Şuşa zirvəsinə sancdı.

8 noyabrdan başlayaraq işğaldan azad olunan torpaqlarımız yeni və şanlı bir dövrə qədəm qoydu, əzəli və əbədi sakinlərinin qayıdışı ilə yenidən canlanmağa başladı.

Bu gün polis və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları azad Qarabağda qürurla xidmət aparır, böyük qələbənin yaratdığı sabitlik və əmin-amanlığın keşiyində məğrurcasına dayanırlar.

Zəfər Günün mübarək, Azərbaycan!

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir