Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Zəfər Günü münasibətilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
ARANTV.AZ xəbər verir ki, iki ölkə liderinin bəyanatları zamanı Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik xarakteri, sarsılmaz qardaşlıq bağları və bütün sahələrdə mövcud olan sıx əməkdaşlıq bir daha diqqətə çatdırılıb.
Bəyanatların sonunda isə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birliyinin rəmzi kimi əl-ələ tutublar.
Liderlərin bu səmimi və diqqətçəkən jesti iki qardaş ölkə arasında mövcud olan qarşılıqlı etimadı, həmrəyliyi və sarsılmaz dostluğu nümayiş etdirən mənalı an kimi yadda qalıb.
Bu görüntü bir daha Azərbaycan və Türkiyənin münasibətlərinin yalnız siyasi və diplomatik əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda ortaq tarixə, milli-mənəvi dəyərlərə və qardaşlıq prinsiplərinə söykəndiyini nümayiş etdirib.
Musavat.com


