Sərhədlər açılır? – Ankaradan hazırlıq, Bakıdan gözlənti

Sərhədlər açılır? – Ankaradan hazırlıq, Bakıdan gözlənti

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. Nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələni müzakirə etdiyini deyib.

Uraloğlu: Cooperation between Türkiye and Azerbaijan has turned into  powerful model contributing to peace

O bildirib ki, həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqlar görülüb. Uraloğlu qeyd edib ki, qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssaslıqları da nəzərə alınmaqla, prosesin uzun çəkməyəcəyini düşünür. Nazir sərhəd-keçid məntəqələrinin qısa zamanda açılacağına ümid etdiyini vurğulayıb. Uraloğlu “qısa zamanda” deməklə Türkiyənin tezliklə sərhədləri açacağına sanki işarə edib. Lakin nazir “Azərbaycanın həssaslıqları da nəzərə alınmaqla” cümləsini də işlədib.

Rəsmi Bakı və rəsmi Ankara Ermənistanla sülh, eləcə də normallaşma prosesini birgə koordinasiya edir. Son zamanlar münasibətlərdə yaşananlar İrəvanı da həvəsləndirib. Ötən ay Ermənistan xarici işlər naziri Ararat Mirzəyan deyib ki, “günü elə sabah Türkiyə ilə sərhədlər açıal bilər”.

Lakin bu bəyanat iki müttəfiq arasında emosiyaların yüksək dövrünə təsadüf edib və erməni tərəfi vəziyyəti fürsət bilib. Uraloğludan gələn son açıqlama isə bəzi mülahizələrə yol açır: yəni Ankara bütün texniki hazırlıqları görüb, qalır siyasi razılaşma. Bakının həssaslığı isə o baxımdan nəzərə alınmalıdır ki, yekun sülh müqaviləsi olmadan belə bir addım atılması müsbət qarşılanmaya bilər.

Türkiyə və Ermənistan 5-ci görüşdə normallaşmaya sadiq qaldıqlarını təsdiqlədilər | Daily Morning

Musavat.com-a türkiyəli nazirin son çıxışını şərh edən siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Ankara Cənubi Qafqazda ticarət və nəqliyyat əlaqələrinin genişlənməsində maraqlıdır. Onun fikrincə, Ermənistanla birbaşa sərhədin açılması Gürcüstan üzərindən keçən bəzi ticarət marşrutlarına alternativ yarada bilər.

Siyasi təhlilçi qeyd edib ki, Türkiyə Orta Asiyaya və Xəzər hövzəsinə çıxış imkanlarını genişləndirmək istəyir.

“Ermənistanla sərhədin açılması regional nəqliyyat sisteminə əlavə seçim gətirə bilər. 2026-cı ildə Ankara ilə İrəvan arasında təmaslar intensivləşib. İstanbul-İrəvan birbaşa uçuşları, birbaşa ticarət üçün gömrük hazırlıqları və Ani körpüsünün birgə bərpası bu prosesin göstəriciləridir. Amma Bakı üçün əsas məsələlərdən biri Ermənistanın konstitusiyası ilə bağlı mübahisənin həlli, digəri isə regional nəqliyyat əlaqələrinin maneəsiz qurulmasıdır. Məncə, Ankara Bakının bu gözləntilərini nəzərə alacaq”, _ deyə ekspert vurğulayıb.

Turkish, Armenian peace envoys to use common land border in symbolic breakthrough - AL-MONITOR: The Middle Eastʼs leading independent news source since 2012

Siyasi şərhçi güman edir ki, Bakı və Ankara arasında bu məsələ razılaşdırılmalıdır: “Zənnimcə, Türkiyə tələsik qərar qəbul etməyəcək. Bu, həm münasibətlərə təsir edə bilər, həm də Ankara strateji olaraq yanaşır. İndi bu addımı atmazlar. Türkiyə üçün Azərbaycanla strateji münasibətlər iqtisadi üstünlüklərdən daha böyük siyasi əhəmiyyət daşıyır. Məncə, Uraloğlunun bugünkü açıqlamasında ən vacib detal texniki hazırlıqdan daha çox, Azərbaycanın həssaslığının ayrıca qeyd edilməsidir. Bu, Ankaranın sərhəd məsələsini yalnız Türkiyə-Ermənistan münasibətləri çərçivəsində nəzərdən keçirmədiyini göstərir”.

Emil Salamoğlu
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir