İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmə aparıb.
ARANTV.AZ xəbər verir ki, görüş İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək məqsədilə İrlandiyanın paytaxtı Dublinə işgüzar səfərə gedib. Səfər çərçivəsində dövlət başçısı Avropa ölkələrinin liderləri ilə bir sıra görüşlər keçirib.

