Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Yer kürəsinə Xeops ehramı böyüklükdə asteroid yaxınlaşır.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid “potensial təhlükə” hesab olunur.

NASA-nın hesablamalarına görə, asteroidin diametri 70-160 metr ölçüsündədir.

Alimlərin məlumatına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.