Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:
“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”.

