Avtomobilinizdə gizlənən təhlükədən xəbəriniz olmaya bilər! – XƏBƏRDARLIQ

Avtomobilinizdə gizlənən təhlükədən xəbəriniz olmaya bilər! – XƏBƏRDARLIQ

Havaların soyuması ilə küçə heyvanları isinmək üçün avtomobillərin mühərrik hissəsinə, təkər boşluqlarına və digər qapalı yerlərinə sığına bilərlər.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib.

Nazirlik avtomobili hərəkətə gətirməzdən əvvəl mühərrik hissəsinin, təkərlərin ətrafının və avtomobilin alt hissəsinin diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb.

DİN-dən bildirilib ki, sadə bir diqqət və ehtiyat tədbiri küçə heyvanlarını təhlükədən qoruya, onların həyatını xilas edə bilər.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir