Cəlilabadda yaşayan 134 yaşlı nənə qidalanma vərdişləri və ailəsi barədə danışıb.
Uzun ömür yaşamasının sirlərindən söz açan qadın mal əti yemədiyini, lakin toyuq ətindən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, gün ərzində cəmi iki dəfə qidalanır.
Səkkiz övlad anası olan nənə Cəlilabadın hər tərəfində nəvələrinin olduğunu da söyləyib.
Onun gündəlik qidalanma qaydası və ailə həyatı ilə bağlı açıqlamaları diqqət çəkib./milli.az/

