Dünya 

Londonda avtomobil dayanacağa çırpıldı: xəsarət alanlar var

Böyük Britaniyada avtomobil bulvarda avtobus dayanacağına çırpılıb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ricent stritdə qeydə alınıb.

London polisinin təqib etdiyi maşının dayanacağa çırpılması nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan üçü avtomobildə olan sərnişindir, bir nəfər isə yoldan keçən şəxsdir. Yaralılar xəstəxanaya yerləşdirilib, nəqliyyat vasitəsinin sürücüsü isə təhlükəli idarəetməyə görə saxlanılıb.

Daha çox xəbərlər