“İnsan yalnız öz yaşadığı ilə boşanır, uşaqla yox” – Məleykə Abbaszadə

“İnsan yalnız öz yaşadığı ilə boşanır, uşaqla yox” – Məleykə Abbaszadə

Bakı Dövlət Universitetinə yeni rektor təyin edilən Məleykə Abbaszadənin iki il əvvəl verdiyi müsahibə yenidən diqqət çəkib.

ARANTV.AZ  xəbər verir ki, müsahibəsində şəxsi həyatından da danışan M.Abbaszadə boşanma təcrübəsini və valideynlərin ayrılıqdan sonra övladları qarşısında daşıdığı məsuliyyəti bölüşüb.

O, boşanmanın uşaqlarla münasibətə son qoymadığını vurğulayıb:

“Boşanma ilə mən özüm də rastlaşmışam və onu deyə bilərəm ki, boşanan insan yalnız öz yaşadığı insanla boşanır, uşaqlarla boşanma yoxdur. O uşaq dünyaya gəlibsə, ömür boyu sən o uşağın qayğısına qalmalısan və sən onun həyatında iştirak etməlisən. Uşaqlarla boşanma yoxdur.

Elə insanlar, elə analar, atalar da var ki, boşanandan sonra yenə ailə qururlar və o uşaqlar tənha qalır. Nə deyə bilərəm, bu həm uşağın faciəsidir, amma ən çox həmin o insanların özlərinin faciəsidir.

Bir-birlərinə hörmət saxlayıb və uşaqların hissləri ilə oynamamaq. Uşaqların taleyində hər iki valideyn eyni səviyyədə məsuliyyət daşıyır. Ona görə də uşaqların taleyində maksimal olaraq iştirak etmək lazımdır. İnsan onda zənginləşir. Bir insan kimi də zənginləşir, bir şəxs kimi də formalaşır”.

Qeyd edək ki, Məleykə Abbaszadə Xalq yazıçısı Hüseyn Abbaszadənin gəlini olub. O, həyat yoldaşı İlqar Abbaszadədən ayrılıb. M.Abbaszadənin Nərgiz və Nigar adlı iki qızı var idi. Nigar Abbaszadə 2020-ci ildə ürəktutmasından vəfat edib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir