“Biz bu məsuliyyətə hazırıq”

“Biz bu məsuliyyətə hazırıq”

“Bu gün biz Sizinlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə birgə səylərimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında bildirib.

“Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”, – dövlət başçısı vurğulayıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir