FHN əməkdaşları kanala yıxılaraq köməksiz vəziyyətdə qalan şəxsi xilas etdi – VİDEO

FHN əməkdaşları kanala yıxılaraq köməksiz vəziyyətdə qalan şəxsi xilas etdi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində vətəndaşın kanala yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir