Azərbaycan mina problemi ilə təkbaşına mübarizə aparır

Azərbaycan mina problemi ilə təkbaşına mübarizə aparır

“İsveçrə humanitar mina təmizləmədə iştirak edir. Mina insanların yaşayışına ciddi maneə yaradır. Bu, dövlətlər üçün müəyyən problemlər yaradır”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Bakıda mətbuat konfransında İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis deyib.

O qeyd edib ki, ATƏT-in adından konkret fikir bildirə bilməz.

Ceyhun Bayramov isə vurğulayıb ki, Azərbaycan mina problemi ilə demək olar ki, təkbaşına mübarizə aparır:

“Miqyası nəzərə alsaq, beynəlxalq dəstək çox kiçikdir. ATƏT-in bu sahədə ciddi potensialı və təcrübəsi var. Bizim gözləntimiz ölkəmizə bu istiqamətdə dəstək göstərilməsidir”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir