21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallarVİDEO

21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallarVİDEO

Bilgəhdə 21 yaşlı Niyaz Pirməmmədovun boğularaq ölümü ilə nəticələnən faciənin təfərrüatları məlum olub.

Mərhumun əmisi Nafeh Pirməmmədov Niyazın ailənin tək oğlu olduğunu bildirib:

“Üçüncü kursa keçmişdi. Evin tək oğlu idi, ailədə üç bacı, bir qardaş idilər”.

Qonşularından biri isə hadisənin hansı şəraitdə baş verdiyini açıqlayıb:

“Xəbər həm bizim, həm də bütün kənd üçün çox üzücü oldu. 21 yaşlı belə savadlı gəncin bu şəkildə dənizdə batması hamımızı sarsıtdı. Dörd dost olublar, Niyaz batmağa başlayanda digər üç nəfər ona kömək etmək istəyib və nəticədə hamısı batmaq təhlükə ilə üzləşib. Təəssüf ki, Niyazı xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dalğıc-xilasedicilərin operativ əməliyyatı nəticəsində – 2001-ci il təvəllüdlü Məhəbbət Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Mustafayev və 2001-ci il təvəllüdlü Elburus Cəlalov xilas edilib. (Baku.tv)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir