UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada “Dinamo”ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunu hava şəraiti ilə əlaqələndirib.
ARANTV.AZ xəbər verir ki, mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.
O, güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
“Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qorumaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam təhlil edəcəyik və növbəti oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

