Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Vaşinqton sammitində əldə edilmiş razılaşmaların birinci ildönümü ilə bağlı bəyanat yayıb.
Musavat.com bildirir ki, səfirliyin sosial media hesablarında yayımlanan bəyanatda Azərbaycan və Ermənistanın sülh istiqamətində atdığı addımlar dəstəklənib.
Bəyanatda Vaşinqton sammitində əldə olunan razılaşmaların regionda sülh prosesinin irəliləməsi baxımından tarixi əhəmiyyət daşıdığı vurğulanıb:
“Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk. Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir. Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək”.
Xalidə,
Musavat.com


