Azərbaycanda bir sıra dövlət qurumları və publik hüquqi şəxslərin balansında olan nəqliyyat vasitələri sentyabrın 15-də hərraca çıxarılacaq.
Siyahıda minik avtomobilləri, mikroavtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə məxsus 1990-cı il istehsalı VAZ-21061-in start qiyməti 750 manat, 1986-cı il istehsalı VAZ-21013-ün start qiyməti 600 manat, 2000-ci il istehsalı VAZ-21074 xüsusi təlim avtomobilinin start qiyməti isə 825 manatdır.
Dövlət Ehtiyatları Agentliyinin balansında olan 2007-ci il istehsalı “Chevrolet Niva 2123” 2 850 manat start qiyməti ilə hərraca təqdim edilir.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan 2006-cı il istehsalı “Nissan Maxima” 1 600 manat start qiyməti ilə beşinci dəfə 50% endirimlə təkrar hərraca təqdim edilir.//Milli.Az



