Bu Avropa ölkəsində gənclər nə işləyir, nə də oxuyur – dövlətə illik zərər 286 milyard manat

Bu Avropa ölkəsində gənclər nə işləyir, nə də oxuyur – dövlətə illik zərər 286 milyard manat

Böyük Britaniyada işləməyən, təhsil almayan və peşə hazırlığı keçməyən gənclərin sayının artması ölkə iqtisadiyyatına ciddi zərər vurur.

ARANTV.AZ  xəbər verir ki, “The Guardian”ın məlumatına görə, bunun Britaniya iqtisadiyyatına illik itkisi təxminən 125 milyard funt sterlinq (təxminən 286 milyard manat) təşkil edir və məbləğ artmaqda davam edir.

Hazırda ölkədə təxminən bir milyon gənc nə işləyir, nə təhsil alır, nə də hər hansı peşə hazırlığı proqramında iştirak edir. Onlar qənaət tədbirlərinin sərtləşdiyi illərdə və COVID-19 pandemiyası dövründə böyüyən nəslin nümayəndələridir.

Məlumata görə, son 16 ildə aparılan islahatlar fonunda təhsil və gənclər proqramlarının maliyyələşdirilməsi 76 faiz azaldılıb. Bu müddətdə çoxsaylı gənclər klubları bağlanıb, sosial işçilərin sayı ixtisar edilib.

Problemi yaşayış xərclərinin bahalaşması və süni intellektin təsiri ilə əmək bazarında baş verən sürətli dəyişikliklər də ağırlaşdırır.

Mütəxəssislərin fikrincə, gənclərin əmək və təhsil sistemindən kənarda qalmasının miqyası böyüdükcə bunun Britaniya iqtisadiyyatına vurduğu zərər də artacaq.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir