Son vaxtlar əhali arasında tez-tez belə bir narazılıq eşidilir: “Bu həftə aldığımız məhsul gələn həftə artıq bahalaşır”.
Bəs görəsən, qiyməti daha tez-tez dəyişən məhsullar hansılardır? Ailələrin gündəlik alış-verişində ən çox hansı ərzaqlara tələbat var və ay ərzində onların qiymətində nə qədər fərq yaranır?
Musavat.com bu suallara cavab tapmaq üçün yeni layihəyə başlayır. Bundan sonra ailələrin gündəlik və aylıq istehlakında ən çox istifadə etdiyi əsas ərzaq məhsullarından ibarət “10 manatlıq səbət”i izləyəcəyik.
Məqsədimiz ailələrin gündəlik alış-verişində səbətə hansı məhsulların daxil olduğunu müəyyənləşdirmək, onların qiymətlərini eyni mağazalarda və mümkün qədər eyni şərtlərlə mütəmadi yoxlamaq və dəyişiklikləri oxuculara təqdim etməkdir. Çörək, un məmulatları, yağ, yumurta, pendir, şəkər, ət və toyuq məhsulları, eləcə də digər gündəlik tələbat mallarının qiymətlərini hər ay eyni gündə yenidən yoxlayacağıq. Beləliklə, bir ay ərzində hansı məhsulun ucuzlaşdığını, hansının bahalaşdığını, hansının qiymətinin sabit qaldığını müqayisə etmək mümkün olacaq.
İlk qiymət monitorinqimizdə müxtəlif marka və çeşidlər üzrə çörək, kərə yağı, yumurta, pendir, duru yağlar, zeytun yağı, ət, toyuq, şəkər və qənd məhsullarını əhatə etmişik.
Bəs ilk qiymət mənzərəsi necədir?
Çörək və un məmulatları

Zavod çörəyi, 580 q – 0,65 AZN
Təndir çörəyi, 420 q – 0,95 AZN
Çörəkçi tost çörəyi, 600 q – 1,65 AZN
Çörəkçi baton kəpəkli, 400 q – 1,15 AZN
Çörəkçi kömbə çovdar, 700 q – 1,25 AZN
Çörəkçi alman çörəyi – 1,25 AZN
Çörəkçi şəkər çörəyi, 450 q – 1,05 AZN
Çörəkçi pəhriz kərpic, 370 q – 0,85 AZN
Çörəkçi Rusiya, 540 q – 1,30 AZN
Çörəkçi Borodino, 360 q – 0,80 AZN

Kərə yağları
Anchor, 1 kq – 22,95 AZN (endirimli)
Doyarushka, 1 kq – 23,90 AZN
Best Cow 82%, 1 kq – 21,99 AZN (endirimli)
New Zelland Slivochnoe 82,5%, 1 kq – 20,99 AZN (endirimli)
Slavyanskoe Maslo 82,5%, 1 kq – 19,80 AZN
Korovushka 82,5%, 1 kq – 19,75 AZN
French Cow 82%, 1 kq – 28,90 AZN
Azərsüd Kərə Yağı, 1 kq – 23,55 AZN
Westgold, 1 kq – 25,90 AZN
Eximo, 1 kq – 22,99 AZN (endirimli)
Pınar 82%, 1 kq – 42,85 AZN

Yumurta
Ağ Yumurta №1, 10 ədəd – 2,55 AZN
Ağ Yumurta №1, 15 ədəd – 3,80 AZN
Kənd Yumurtası №1, 10 ədəd – 3,35 AZN
Kənd Yumurtası №1, 15 ədəd – 5,00 AZN

Pendir
Hermano Gauda – 13,39 AZN/kq
Oldenburger Gouda – 16,99 AZN/kq
R Holland – 11,99 AZN/kq
R Mozarella – 11,99 AZN/kq
Hermano Tilsiter – 14,69 AZN/kq
Milchhaus Holland – 14,99 AZN/kq
Milchhaus Tilsiter – 15,99 AZN/kq
Sevimli Dad Gauda – 16,99 AZN/kq
Günəbaxan və qarğıdalı yağları
7Ka günəbaxan yağı, 1 L – 4,40 AZN
Kırlangıç günəbaxan yağı, 1 L – 6,69 AZN
Komili günəbaxan yağı, 1 L – 7,19 AZN
Sloboda günəbaxan yağı, 1 L – 6,15 AZN
Sunar günəbaxan yağı, 1 L – 6,75 AZN
Yurdum günəbaxan yağı, 1 L – 4,42 AZN
Zolotoe Solnışko, 1 L – 4,19 AZN (endirimli)
Final günəbaxan yağı, 2 L – 10,29 AZN
Final qarğıdalı yağı, 2 L – 13,18 AZN
Möcüzə qarğıdalı yağı, 2 L – 14,20 AZN
Sloboda qarğıdalı yağı, 1,8 L – 12,29 AZN
Sunar qarğıdalı yağı, 2 L – 14,99 AZN
Kırlangıç qarğıdalı yağı, 2 L – 16,10 AZN

Zeytun yağları
Zeytun Bağları Riviera, 750 ml – 10,97 AZN (endirimli)
Zeytun Bağları Təbii Sızma, 500 ml – 14,40 AZN
Abşeron Zeytun Bağları Extra Virgin, 750 ml – 18,90 AZN
Vero Greco Olive Blended Oil, 1 L – 12,99 AZN
Consul, 500 ml – 12,79 AZN
Olitalia Pomace, 1 L – 25,79 AZN (endirimli)
Dante Pomace, 750 ml – 13,99 AZN
Miad Olive Pomace, 750 ml – 15,50 AZN
Kırlangıç Natürel Sızma, 500 ml – 15,00 AZN
Kırlangıç Riviera, 750 ml – 21,00 AZN
Olivea Extra Virgin, 500 ml – 17,95 AZN
Abşeron Olive Gardens Extra Virgin, 500 ml – 12,83 AZN
Borges Extra Virgin – 17,98 AZN (endirimli)
Ət və toyuq
Dana beli – 22,50 AZN/kq
Dana tikə sümüksüz – 21,49 AZN/kq
Dana dolmalıq – 19,49 AZN/kq
Dana sümüklü – 17,50 AZN/kq
Dana sümüklü antrikot – 17,49 AZN/kq
Quzu qol-bud – 22,50 AZN/kq
Quzu ciyər – 16,00 AZN/kq
Mal farşı – 11,99 AZN/kq
Şən Təzə Toyuq – 6,20 AZN/kq
Mercan Soyudulmuş Təzə Toyuq – 6,87 AZN/kq

Şəkər və qənd
Şəkər tozu, 1 kq – 1,80 AZN
Gülüm Qənd, 500 q – 1,65 AZN
Bu, layihənin ilk qiymət tablosudur və böyük marketdə apardığımız müşahidəyə əsasən hazırlamışıq. Növbəti ölçmələrdə eyni məhsulların qiymətlərini yenidən yoxlayaraq fərqi ayrıca göstərəcəyik. Beləliklə, “10 manatlıq səbət” sadəcə qiymət siyahısı deyil, ailənin gündəlik alış-verişinin aylıq qiymət xəritəsi olacaq.
Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com

