Prezidentlər və ailə üzvləri Ark qalasındaVİDEO

Prezidentlər və ailə üzvləri Ark qalasındaVİDEO

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, birinci xanım Ziroatxon Mirziyayeva və ailə üzvləri Buxara şəhərində Ark qalası ilə tanış olublar.

ARANTV.AZ  xəbər verir ki, Ark qalası eramızdan əvvəl IV əsrdə inşa olunub.

Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir