Pakistanda xəstəxanada baş verən yanğın nəticəsində azı 14 yenidoğulmuş körpə həlak olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə xilas etmə xidmətlərindəki mənbələrə istinadən Pakistanın “Geo” telekanalı məlumat yayıb.
Yanğın ölkə paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verib.
Faciəyə kondisionerin kompressorunun partlaması səbəb olub.

