Prezident “Sabah” klubu ilə bağlı Sərəncam İMZALADI

Prezident “Sabah” klubu ilə bağlı Sərəncam İMZALADI

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

ARANTV.AZ  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, “Sabah” avqustun 25-də UEFA Çempionlar Liqasının pley-offunda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir