Qurban Qurbanov: “Barselona” ilə matçda “Sabah”a azarkeşlik edəcəyəm

Qurban Qurbanov: “Barselona” ilə matçda “Sabah”a azarkeşlik edəcəyəm

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə Bakıda baş tutacaq oyunda “Sabah”a azarkeşlik edəcək.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə cavab matçından (1:4) sonra deyib.

“Onları Bakıda görmək çox xoş olacaq. “Barselona” bəyəndiyim komandalardandır. Amma istənilən halda “Sabah”a azarkeşlik edəcəyəm”, – Q.Qurbanov əlavə edib.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.(report)

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir