Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə, Rusiya Prezidenti Vladimir Putin çıxış etdiyi zaman rəsmi şəxslərdən bir neçəsi yatıb.
ARANTV.AZ xəbər verir ki, onlar arasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və başqaları olub.
Bununla bağlı video qısa müddətdə sosial şəbəkələrdə viral olub.
Həmin görüntüləri təqdim edirik:

