ARANTV.AZ xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova məlumat verib.
O bildirib ki, yazılar təmizlənəndən sonra Cıdır düzündəki qayalara xeyli ziyan dəyir.(oxu.az)
Sözügedən görüntüləri təqdim edirik:
***
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.
Ölkə.az-ın məlumatına görə, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib.
Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:
“Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.
