İnarə Mirhəsənova TƏBİB-də yüksək vəzifəyə təyin edildi

İnarə Mirhəsənova TƏBİB-də yüksək vəzifəyə təyin edildi

TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib.

TƏBİB-dən Ölkə.az-a verilən xəbərə görə, bu vəzifəyə İnarə Vaqif qızı Mirhəsənova təyin olunub.

O, yeni təyinatından əvvəl “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

Bildirilib ki, İnarə Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.

Qeyd edilib ki, peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir