Bakıda ana qolları olmayan körpəsindən imtina etdi

Bakıda ana qolları olmayan körpəsindən imtina etdi

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları)  olmayan körpə dünyaya gəlib.

ARANTV.AZ xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.

Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sayta təsdiqləyib.

“Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”, – Agentliyin məlumatında qeyd olunub.

Qeyd edək ki, körpənin və ananın şəxsi məlumatları etik və hüquqi səbəblərdən açıqlanmır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir