Xəbər verdiyimiz kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Qarabağ və Şərqi Zəngəzura iki günlük səfər edib.
ARANTV.AZ xəbər verir ki, diplomatların iki günlük səfəri ilə bağlı videoçarx hazrlanıb.
Görüntülərdə diplomatik korpus nümayəndələrinin Xankəndi, Şuşa, Kəlbəcər, Ağdərə rayonlarına səfərləri əksini tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfər boyu diplomatları müşayiət edib və onlara azad olunmuş ərazilərdə görülən işlər barədə ətraflı məlumatlar verib.
Həmin görüntüləri təqdim edirik:
