DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu

DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 283-cü (283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan ediliblər.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli bilinirlər.

Qeyd edək ki, “Çevik” ləqəbli Məqsəd Bağırov “TikTok” sosial şəbəkəsində canlı yayımlar açaraq dini mövzularda müxtəlif mübahisəli fikirlər söyləyib./Report

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir