Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması ehtimalları və təşkilat daxilindəki təzyiqlər barədə danışarkən kəskin və ironik bəyanatla çıxış edib.
ARANTV.AZ xəbər verir ki, erməni hökumətinin rəhbəri Ermənistanı bu addımla hədələməyin mənasız olduğunu bildirib.
Paşinyan jurnalistlərə açıqlamasında ölkəsindən gözlənilən davranışı məşhur erməni xalq nağılı “Kikosun ölümü” ilə müqayisə edib: “Maraqlıdır ki, Ermənistanın mövqeyi ilə bağlı müəyyən şablonlar var. Bizdən elə bir yanaşma gözləyirlər ki, sanki ‘Kikosun ölümü’ nağılındakı kimidir: adam evlənməyə getdi, oğlu oldu, adını Kikos qoydular, papaq geyindirdilər, papaq daşın üstünə düşdü və başladılar ağlamağa ki, ‘vay Kikos, vay balam’. Bizim mövqeyimiz isə çox aydındır: əgər bizi təşkilatdan çıxarmaq istəyirlərsə — qoy çıxarsınlar. Əgər çıxarmaq istəmirlərsə — çıxarmasınlar”.
Paşinyanın bu bəyanatı İrəvanın KTMT ilə faktiki dondurulmuş münasibətlərində geri addım atmayacağını və Rusiyanın başçılıq etdiyi hərbi blokun təzyiqlərinə eyniadlı nağılın absurdluğu ilə cavab verdiyini göstərir.

