Şagirdlər üçün vahid geyim formasının əsas məqsədi açıqlandı

Şagirdlər üçün vahid geyim formasının əsas məqsədi açıqlandı

“​Vahid məktəbli formasının əsas hədəf və məqsədi birmənalı olaraq təhsil müəssisəsində vahid və səliqəli görünüşün, rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşmasıdır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

 

 

O bildirib ki, məktəb mühitində birmənalı olaraq bərabərlik təmin olunmalıdır:

“Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşaq eyni şərtlərdə təhsil almalı və eyni imkanlara malik olmalıdır. Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Məktəbdə bütün şagirdlər üçün neytral və inkluziv mühit olmalıdır. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edəcək, şagirdlərdə məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərəcək”.

Deputatın sözlərinə görə, uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətinə də müsbət təsir edir.

“Vahid forma eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmaq üçün imkanlar yaradır. Geyim kodeksinə əməl olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verəcək. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə də dəstək verən vasitə kimi dəyərləndirilmılidir”, – o vurğulayıb.

C.Məmmədov hesab edir ki, təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir: “Məktəbli forması məsələsi yalnız geyim məsələsi değil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Bu bir fəlsəfədir, adaptasiya məsələsi və prosesidir. Ona görə də hər birimiz bu ruhu və bu məsələni mütləq şəkillərdə nəzərə almalıyıq. Məktəbli forması tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğun, rahat və praktiki istifadə prinsipləri əsasında müəyyən edilir. Bir sözlə, deyə bilərik ki, vahid məktəbli formasının əsas hədəf və məqsədi məktəbə aidliyi gücləndirmək, məktəbdə bərabər mühit yaratmaq, eyni zamanda məktəbdə ümumi prinsiplərə, təhsil mühitinə uyğun şəraitin yaradılmasıdır. Təhsil müəssisəsində fərqlilik, etik çərçivələrə uyğun olmayan geyimin geyinilməsi yol verilməzdir və bu, təhsil mühitünə ciddi mənfi təsir gösterən bir məsələ kimi qiymətləndirilməlidir”.

Mürtəza

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir